Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu R.Koçaryanın vəkili bildirib.
Qeyd olunur ki, sabiq prezident N.Paşinyandan onun barəsində işlətdiyi fikirləri təkzib etməyi və 8 min dollara yaxın təzminat tələb edir.
Xatırladaq ki, ötən ay N.Paşinyan mitinq zamanı Robert Koçaryan barəsində "2008-ci il mart hadisələrini törədən şəxslər yenidən eyni şeyiləri planlaşdırır" fikrini səsləndirmişdi.