Nikol Paşinyan hakimiyyətinin müxtəlif çaplı çinovniklərinin Türkiyə ilə münasibətlərdə yeni yanaşmalar lazım olduğuna dair iddiaları Ermənistanın ictimai və siyasi dairələrində aktiv şəkildə müzakirə olunur.
"ArmDay.am” nəşri martın 31-də Ermnənistan Baş naziri Nikol Paşinayana yazılı sorğu göndərərək Paşinyanın Türkiyəni düşmən hesab edib-etmədiyini dəqiqləşdirməyə çalışıb.
Nikol Paşinyan bu sorğunu hər hansı şəkildə şərh etməyib.
Belə çıxır ki, Nikol Paşinyan Türkiyəni Ermənistanın düşməni hesab edib-etməməsi barədə suala birbaşa cavab verməkdən yayınıb.
Ordu.az