Gürcüstan NATO və AB-nin sülhməramlı missiyalarında iştirak edir və alyansla kollektiv müdafiə cavabdehliyini bölüşməyə hazırdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Hərbçilərimiz peşəkarlıq və fədakarlıqla istər NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası, istərsə də AB-nin Mərkəzi Afrika Respublikası və Malidəki sülhməramlı missiyalarına öz töhfələrini verirlər. Alyansın Qara dənizə doğru genişlənməsi Avropa və dünya təhlükəsizliyi üçün şərtdir. Gürcüstanın hərbi-siyasi bloka ehtiyacı olduğu kimi NATO-nun da Gürcüstana ehtiyacı var”, - Qaribaşvili bildirib. (Axar.az)