Şuşanın işğalına rəhbərlik edən erməni general ölüb

Şuşanın işğalına rəhbərlik edən  erməni general ölüb backend

Ermənistan müdafiə nazirinin sabiq müavini, Xocalı soyqrımının təşkilatçılarından və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş erməni cəlladlarından biri olan general-mayor Arkadi Ter-Tadevosyan ölüb.

Qazilər.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu onun silahdaşı polkovnik Ara Muradyan deyib.

O, 82 yaşında ölüb. Arkadi Ter-Tadevosyanın xəstəxanaya yerləşdirilməsi barədə şayiələr dolaşsa da, onun diaqnozu açıqlanmırdı.

Qeyd edək ki, A.Ter-Tadevosyan Xocalı soyqırımının əsas təşkilatçılarından biri olub. O, 1992-ci ilin may ayında Şuşanın işğalı əməliyyatına da rəhbərlik edib.

Diaspora