Türkiyənin Mardin bölgəsində öldürülən 6 terrorçudan ikisi "qırmızı" və "narıncı" səhifədə adı olanlardır
Türkiyədə keçirilən əməliyyat nəticəsində PKK-nın uzun müddət axtarışda olan xüsusi təhlükəli terrorçuları məhv edilib.
Bu barədə Qaziler.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, Türkiyə Daxilıi işlər naziri Süleyman Soylu tvitter hesabında Mardində öldürülən 6 terrorçudan ikisinin adının "qırmızı" və "narıncı" səhifədə olduğunu qeyd edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Mardində “Eren-5” əməliyyatı zamanı 6 terrorçu zərərsizləşdirilib. Onlar arasında PKK-nın Mardində terror əməliyyatlarını həyata keçirmiş “Hevram Havraman Avyer” ləqəbli Hasan Mahmud və “Reber Koser” ləqəbli Teyyüb Cam da var. Hasan Mahmudun 2008-ci ildə Şemdinlidə yola qoyduğu partlayıcı qurğunun işə düşməsi nəticəsində bir neçə Türkiyə əsgəri həlak olub. Onun rəhbərlik etdiyi silahlılar 2016-cı ildə Şırnak-Van yolunun inşası zamanı təhlükəsizlik qüvvələrinə hücumu nəticəsidə 6 jandarm həlak olub.
"Qırmızı" kateqoriyada yer alan Havram Avraman Avyek kod adlı Hasan Mahmudi və "narıncı" səhifədə yer alan terrorçu Karayılanın qoruması olan Teyyüp Çam öldürülüb.