Paşinyan 20 aprel - 5 may tarixləri arasında istefa verəcək

Paşinyan 20 aprel - 5 may tarixləri arasında  istefa verəcək backend

Ermənistanın baş naziri Nikol Paşinyan qanunverici orqanın buraxılması və iyunun 20-nə təyin edilmiş erkən parlament seçkiləri keçirilməsi üçün 20 aprel - 5 may tarixləri arasında formal olaraq istefa verməlidir.

APA "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Paşinyanın aparat rəhbəri Arsen Torosyan "Sputnik Armenia”ya bildirib.

"Milli Məclisin buraxılması və erkən seçkilərin keçirilməsi məqsədi ilə baş nazirin istefası şərtlərinə gəlincə, Torosyan bunun 20 aprel - 5 may arasında olacağını deyib. Bu müddət qanunla nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunub.

Baş nazirin aparat rəhbri qeyd edib ki, hakim "Vətəndaş müqaviləsi” partiyasının seçkiqabağı qərargahına ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan rəhbərlik edəcək. Qərargahın işini Torosyanın özü, ətraf mühit naziri Romanos Petrosyan və baş nazirin baş məsləhətçisi Araik Arutyunyan koordinasiya edəcək.

Diaspora