Türkiyədə günlük yoluxma sayı 32 mini keçdi

Türkiyədə günlük yoluxma sayı 32 mini keçdi backend

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 154 nəfər ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 32 404 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 18 015 nəfər sağalıb, ağır xəstə sayı isə 1 325 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 240 577 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 975 108 nəfər sağalıb, 31 230 nəfər isə ölüb.

Diaspora