“İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri və təhlükəsizlik qüvvələrinin 11 min hərbçisi və əməkdaşı yaralanıb”.
Report.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyi Hərbi-Tibbi İdarəsi rəisinin müavini Qeqam Paşikyan martın 28-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2020-ci il sentyabr-oktyabr aylarında yaralananların 55 faizinin vəziyyəti yüngül, 26 faizi orta, 7 faizi ağır, 2 faizi çox ağırdır.