Erməni nazirin açıqlaması gülüş doğurdu

Erməni nazirin açıqlaması gülüş doğurdu backend

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan qeyri-dəqiq proqnoz verərək, ölkəsində gülüş hədəfinə çevrilib.

Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, sosial mediada nazirin turizmlə bağlı şişirdilmiş rəqəmlər səsləndirməsi tənqid edilib, eyni zamanda onun fikirləri insanlar arasında gülüş doğurub.

Kerobyan iddia edib ki, bu il ölkəsində turistlər fantastik dərəcədə çox olacaq: "2020-ci illə müqayisədə bu il turizm sektorunun 319 faiz böyüməsi proqnozlaşdırılır”.

"Ötən il turistimiz olmadı", - deyən iqtisadiyyat naziri bu il Novruz bayramı ilə əlaqədər bir qrup iranlının Ermənistana qonaq gəldiyini qeyd edib.

Diaspora