Hakim partiyanın baş nazir postuna namizədi Nikol Paşinyan olacaq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ədliyyə naziri Rustan Badasyan bildirib. Bu səbəbdən seçki siyahısına Paşinyan rəhbərlik edəcək. Nazir bununla bağlı hər hansı müzakirələrdə iştirak etmədiyini desə də, baş nazirliyə yeni namizədlə bağlı sualın cavabının aydın olduğunu vurğulayıb. R.Badasyan əlavə edib ki, hər şey vətəndaşların seçimindən asılı olacaq, hakimiyyət onlara bu imkanı yaratmalıdır.Qeyd edək ki, parlamentdəki qüvvələrin və siyasi qüvvələrin konsensusu əsasında Ermənistanda növbədənkənar parlament seçkiləri 20 iyunda keçiriləcək.