Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Levon Ter-Petrosyana cavab verib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bir müddət öncə Ter-Petrosyan Paşinyanı istefa verməyə, ölkəni tərk etməyə və postu partiyasız müavininə ötürməyə çağırmışdı."Ola bilər ki, mən qaça bilən insana bənzəyirəm. İnsanlar məni güllələməli olduqlarına qərar verərlərsə, divarın önündə dayanacağam. Qaçmayacağam", - deyə Paşinyan bildirib.