“Mən nəhayət, cənab Əliyevin timsalında sülh görürəm!”- Erməni aktyor

“Mən nəhayət, cənab Əliyevin timsalında sülh görürəm!”- Erməni aktyor backend

“Mən nəhayət, cənab Əliyevin şəxsində sülh görürəm. Bütün dünyaya sülh. Müharibəyə yox! "

Moderator.az xəbər verir ki, bu fikirləri Azərbaycanın 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevlə birgə ordumuzun işğaldan azad etdiyi Azıx mağarasını ziyarətləri ilə bağlı “Facebook”-dakı son postlarından birinə şərhində erməni aktyor Ovanes Azoyan yazıb.

Sosial şəbəkələrin erməni seqmentində sənətçinin bu addımı "xəstə" ermənilər tərəfindən “Ermənistana xəyanət, biabırçılıq” kimi dəyərləndirilib.

Yəqin ki, tezliklə aktyor Ovanes Azoyanın əslində erməni toplumunun gələcəyi üçün faydalı olan bu sülhpərvər şərhinə görə döyülməsi xəbərini də alacağıq...