Azərbaycana səfər etmiş oftalmoloq Bakıda mehribanlıqla qarşılandıqlarından danışıb backend

Azərbaycana səfər etmiş oftalmoloq Bakıda mehribanlıqla qarşılandıqlarından danışıb

İsraildəki Azərbaycan diasporunun təşəbbüsü və dəstəyilə bu ölkədən Azərbaycana səfər etmiş oftalmoloq, nevroloq və digər ixtisaslı həkimlərdən ibarət nümayəndə heyətinin rəhbəri Yişay Falik İsrailin “i24” telekanalına müsahibə verib.

Qaziler.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən bildirilib ki, bu addımı İsrailin mütəmadi olaraq dünya miqyasında həyata keçirdiyi xoşməramlı humanitar aktlardan biri kimi qiymətləndirən oftalmoloq qeyd edib ki, Azərbaycan qazilərinin hazırkı çətin dövrdən keçmələri, normal görünüş əldə etmələri və özlərini xoşbəxt hiss etmələri israilli həkimlər üçün əsas məqsəddir. Bildirib ki, Avropada və bəlkə də dünyada ən böyük oftalmoji mərkəzlərdən biri olan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ən son standarlara cavab verən müasir tibbi avadanlıq və ləvazimatla təchiz olunub.

Yişay Falik yəhudilərin əsrlər boyu ölkəmizdə yaşadığını və hazırda 50 minlik yəhudi icmasının Azərbaycan vətəndaşı olduğunu nəzərə çatdırıb. Azərbaycanlıların İsrail və yəhudilər haqqında ən müsbət düçüncələrə malik olmasının isbatı kimi həkim bildirib ki, onları Bakıda inanılmaz dərəcədə mehribanlıqla qarşılayıblar, tərəflər arasında qarşılıqlı hörmət duyğuları hakim olub və Azərbaycanda özlərini evlərindəki kimi hiss ediblər.
Qeyd edək ki, israilli həkimlərin ölkəmizə səfəri “YAŞAT” Fondunun təşəb¬büsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə Vətən müharibəsi qazilərinə tibbi-humanitar yardım məqsədilə gerçəkləşdirilib.

Videomüsahibəyə aşağıdakı linkdən baxmaq mümkündür: