Azərbaycan torpaqları işğalda olarkən Şuşa şəhərinin “meri” olmuş Artsvik Sərkisyan Ermənistan mətbuatına diqqətçəkən açıqlama verib.
Qazilər.az Virtualaz.org-a istinadla xəbər verir ki, Sərkisyan ölkə rəhbərliyinin hələ də Qarabağa gedə bilməməsindən gileylənib. O, jurnalistin "Paşinyan Qarabağa niyə gedə bilmir" sualına cavab olaraq, Azərbaycanın buna icazə və imkan vermədiyini deyib:“Qarabağa baş nazir özü gəlmirsə, arvadı gəlsin. Yalnız bir şeyi düşünürəm ki, bəlkə də Paşinyanın Qarabağa getməsinə və oradakı vəziyyətin nə yerdə olduğunu görməsinə icazə verməyəcəklər”.