Bizim qarşımızda bir sual var: Ermənistanı saxlaya biləcəyik, ya yox?
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bu sözlər Alternativ Layihələr Qrupunun üzvü Vahe Ovannisyanın məqaləsində yer alıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dünənki bəyanatının şok olduğunu bildirib:“Bu bəyanat Nikol Paşinyanın ya hər şeyi güzəştə gedəcəyi, ya da gözəl günlərin birində Azərbaycan-Türkiyə ordularının Ermənistana gələcəyi haqqında açıq mətndir. Məncə, bugünkü mitinqin diqqət mərkəzində olmalıdır”.