ABŞ və Avropa Birliyinin (AB) Rusiyaya qarşı sanksiya tətbiq edəcəyi ilə bağlı açıqlamalarının əks-təsirləri davam edir.
Qazilər.az Redaktor.az-a istinadla xəbər verir ki, Kremlin sözçüsü Peskovun "qisas" açıqlamasından sonra Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova kəskin ifadələr səsləndirib. Zaxarova "Vremya Pokazhet" proqramına verdiyi açıqlamasında Moskvanın ABŞ sanksiyalarına cavab olaraq qısa müddətdə bir "qara siyahı" çıxaracağını söyləyib.Həbsdə olan müxalifət lideri Aleksey Navalnın müttəfiqlərindən biri olan Sergey Aleksaşenko Putindən qorxduğunu bu sözlərlə ifadə edib:
"Qorxamadığımı desəm, yalan olar. Rusiyanı 2014-cü ildə tərk etdim, çünki dövlət düşməni elan edilmişdim. Ancaq ömür boyu gizlənə bilmərəm. Gizlənərək yaşaya bilmərəm. Putinin məni öldürtdürməsindən qorxuram".