Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik” backend

Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

“Qarabağda təhlükəsizlik və sabitliyin bərpasına yardım etməliyik”.

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib.

“30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmalıyıq. Bu müddətdə təşkilat olaraq Azərbaycanla tam həmrəylik nümayiş etdirəcəyimizə inanıram”, - deyə o vurğulayıb.