Qənirə Paşayeva dünya azərbaycnlılarına çağırış edib

Qənirə Paşayeva  dünya azərbaycnlılarına çağırış edib backend

Q.Paşayeva Avropa Azərbaycanlıları Konqresinin "onlayn" konfransında dünya azərbaycnlılarına çağırış edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımının 29-cu ildönümü münasibəti ilə keçirilən "onlayn" konfransında, soyqırım həqiqətlərinin dünya ictimaitənə çatdırılması sahəsində Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!" beynəlxalq kampaniyasını minnətdarlıq vurğulayaraq, ümumən Heydər Əliyev Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə Xocalı soyqırımına həsr olunmuş tədbirlər haqqında fikirlərini bölüşüb. Ermənistan siyasi-hərbi rəhbərliyinin, onların Dağlıq Qarabağdakı oyuncaq əlaltılarının 366-cı alayın dəstəyi və iştirakı ilə Xocalıda törətdiyi soyqırımı insanlıq əleyhinə akt və müharibə cinayəti olaraq şərh edib: "Bizim, dünyadakı bütün vətənpərvər həmvətənlərimizin, türk ölkə və topluluqlarının Avropadakı, dünyadakı diaspor təmsilçilərinin, dostlarımızın əsas vəzifələrindən biri Xocalı soyqırımı, Ermənistanın Azərbaycana təcavüzünün acı nəticələri, o cümlədən tarixi-mədəni abidələrə qarşı vandallıqlar barədə beynəlxalq ictimaiyyəti davamlı məlumatlandırmaq olmalıdır. Biz Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq”.
Diaspora