Rusiya Paşinyandan açıq şəkildə üzr istəməsini tələb edir - “İsgəndər”lə bağlı...

Rusiya Paşinyandan açıq şəkildə üzr istəməsini tələb edir - “İsgəndər”lə bağlı... backend

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Şerin düşünür ki, Rusiya və Ermənistan Nikol Paşinyanın “İsgəndər” barədə sözlərinə qiymətləndirmə verəcək komissiya yaratmalıdır.

Rusiya Dövlət Dumasının müdafiə məsələləri komissiyasının sədrinin birinci müavini “Daily Storm” nəşrinə açıqlamasında bildirib ki, Paşinyan bu açıqlama ilə münaqişənin nəticəsi ilə bağlı günahsız olduğunu vurğulamaq istəyib.

Onun sözlərinə görə, Paşinyan üzr istəməlidir.

“Şübhəsiz ki, Paşinyan günahkarları axtarmalıdır. Lakin bənzər açıqlamalardan sonra dərhal komissiya yaratmaq lazımdır, çünki Ermənistan KTMT-nin üzvüdür. Əgər bunlar təsdiqlənməsə, bənzər sözlərə görə məsuliyyət daşımaq lazımdır”, - deyə o bildirib.

Ordu.az
Diaspora