Türkiyənin bu ölkələrdəki hərbi varlığını rədd edirik - İran

Türkiyənin bu ölkələrdəki hərbi varlığını rədd edirik - İran backend

İran Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda yerləşdirilməsinə qarşıdır.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Press TV-yə müsahibəsində deyib.

“Türkiyənin Suriya və İraqdakı hərbi varlığını rədd edir və Ankaranın Dəməşq və Bağdadla bağlı siyasətini səhv hesab edirik”, - Zərif bildirib.

Zərif qeyd edib ki, İranla Suriyanın vahid hədəfi terrorla mübarizədir.
Diaspora