Rusiya tarixə düzəliş etdi: “Şərqi Ermənistan” yox, İrəvan xanlığı...

Rusiya tarixə düzəliş etdi: “Şərqi Ermənistan” yox, İrəvan xanlığı... backend

Rusiyanın tarix dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı edilən düzəliş Ermənistanda müzakirə mövzusuna çevrilib. Əslində Rusiyanın Qarabağ müharibəsindən və bölgədə yaranmış yeni reallıqdan sonra kiçik detal kimi görünən bu addımı maraqlıdır.

Qazilər.az Publika.az-a istinadla xəbər verir ki, Rusiya Təhsil Nazirliyinin 9-cu sinif dərs vəsaitində 1928-ci ildə imzalanan Türkmənçay müqaviləsi ilə bağlı bölmədə “Şərqi Ermənistan” ifadəsi çıxarılıb.

“Ermənistanın səsi” saytı yazır ki, yeni düzəlişdən sonra həmin hissədə İrəvan və Naxçıvan xanlığı (tarixi adı) qeyd olunub.

“Müqavilənin 193-cü ildönümü tarixindən bir həftə əvvəl (10 fevral) Rusiyanın 9-cu sinif üçün nəzərdə tutulan “Rusiya tarixi. XIX-XX əsrin başlanğıcı” dərs vəsaitində “Rusiya Şərqi Ermənistana doğru çəkildi” qeydində “Şərqi Ermənistan” ifadəsi silinib, “İrəvan və Naxçıvan xanlığı” ifadəsi yazılıb”, - sayt yazır.

Rusiya Təhsil Nazirliyi bunu belə izah edir ki, SSRİ dövründə bu ərazilər tarixi kitabda “Şərqi Ermənistan” kimi göstərilirdi, lakin müqavilənin mətnində belə ifadə yer almadığı üçün dərsliyə düzəliş edilib.

Ermənilər bu izahı qəbul etmək istəmir və düzəlişi özlərinə qarşı “sui-qəsd nəzəriyyəsi” kimi qiymətləndirirlər. Rusiyanın tarixi düzəlişi məhz indi – 44 günlük müharibədən sonra etməsi də maraqlıdır.
Diaspora