Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Telefon danışığında nazirlər bölgədə humanitar yardım göstərilməsi, infrastrukturun bərpasına və nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Azərbaycan-Rusiya-Ermənistan liderlərinin ötən ilin 10 noyabr və cari ilin 11 yanvar bəyanatlarının bəndlərinin həyata keçirilməsi barədə müzakirə aparıb.
Qeyd olunub ki, fevralın 17-də Moskvada nazirlərin görüşü olacaq.