Ərdoğan ABŞ-ı sərt tənqid etdi: “Terrorçuların yanındasınız və arxasındasınız”

Ərdoğan ABŞ-ı sərt tənqid etdi: “Terrorçuların yanındasınız və arxasındasınız” backend

“ABŞ tərəfindən qətliamla bağlı açıqlama verilib. Bəs siz terrorçuların yanında deyildiniz? Bəs siz PKK-nın yanında deyildiniz? Bəs siz YPG-nin yanında deyildiniz? Terrorçuların yanındasınız və arxasındasınız”.

Qaziler.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Təəssüf ki, bunu lap əvvəldən görmüşük. Bunlar İraqın şimalına minlərlə “TIR” tank, silah-sursat gətiriblər və bu silah-sursatı terrorçulara təhvil veriblər. Bu terrorçularla bizim təhlükəsizlik xidmətimiz mübarizə aparıb, döyüşüb. İndi vəziyyətdən qaçış yoxdur. Əgər NATO ilə müttəfiqliyimizi davam etdirəcəyiksə, bizə qarşı səmimi olacaqsınız. Terrorçuların yanında durmayacaqsınız”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan ABŞ Prezidenti Co Baydenə də müraciət edib.

“Cənab Bayden, PKK terror təşkilatını yaxşı tanı, FETÖ terror təşkilatının cinayətkar əməllərini də unutma”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Qara əməliyyat bölgəsində PKK/YPG-ya qarşı apardığı “Pəncə Qartal-2” hərəkatında terrorçuların mağarasından 13 günahsız Türkiyə vətəndaşının meyitinin aşkarlandığını bildirib. Altı il əvvəl girov götürülən həmin şəxslər arasında Türkiyənin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları da var. (apa)
Diaspora