Qrant Baqratyan: “Cinayətkar razılaşma əsasında bu bölgələr Ermənistandan alınır”

Qrant Baqratyan: “Cinayətkar razılaşma əsasında bu bölgələr Ermənistandan alınır” backend

44 günlük savaşda darmadağın olan Ermənistanda siyasi ehtiraslar hər ötən gün daha da qızışır və Paşinyan rejimini çoxsaylı cinayətlərdə, vətənə xəyanətdə və Azərbaycana təslimçilikdə suçlayanların sayı çoxalır.

Bunlardan biri də işğalçı ölkənin sabiq baş naziri Qrant Baqratyandır. O, Paşinyanın Ermənistana məxsus bir çox əraziləri rəsmi Bakıya peşkəş etməkdə ittiham edib.

"Düşünürəm ki, belə bir cinayətkar razılaşma var."

“Bizim ərazilərimiz əlimizdən alınır. Düşünürəm ki, reallıqda Qarabağda cəmi 2500 kvadratmetr qalıb və Sünikdən Tavuşa, eləcə də Naxçıvana bitişik ərazilər Əliyevin nəzarətinə açıq şəkildə keçəcək, bundan sonra Qarabağa hansı status veriləcəyi müəyyənləşəcək. Düşünürəm ki, belə bir cinayətkar razılaşma var.

Onsuz da yollarımıza, ərazilərimizə nüfuz edirlər, daha da dərinə daxil olurlar, David Bek-Goris, Qafan-Çakaten ərazilərinin hissələrini götürüblər ”, - deyə mitinqdə əks baş nazir Qrant Baqratyan bildirib.

Moderator.az
Diaspora