İrandan Qarabağ açıqlaması: Təhdidlər qalır...

İrandan Qarabağ açıqlaması: Təhdidlər qalır... backend

İranın Rusiyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səylərini alqışlayır, amma bölgədə təhdidlər yenə də qalmaqdadır.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyada səfərdə olan İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

“Bu münaqişənin davam etməsi İranın şimal sərhədlərində təhlükəsizlik problemləri yarada bilər. Rusiyanın bu müharibəni mümkün qədər tez bitirmək üçün səy göstərməsindən məmnunuq. Amma mənə elə gəlir ki, bu bölgədə yatmış təhdidlər var. Demək istədiyim budur ki, bu bölgədə terrorçu qüvvələrin varlığının qarşısını almalıyıq”, - Qalibaf bildirib.
Diaspora