“Azərbaycan tərəfi Naxçıvan dəhlizi ilə bağlı iş aparır”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyǝnin nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib.O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və “Marmaray” layihəsinin buraya inteqrasiya edilməsi ilə Pekindən Londona qədər fasiləsiz “Dəmir İpək Yolu”nun meydana çıxdığını vurğulayıb.
Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə əlaqədar Gürcüstan-Azərbaycan-Rusiya-Qazaxıstan-Xəzər dənizi istiqamətində aktiv bir hərəkətlilik başlayıb.
A. Karaismailoğlu İranla Türkiyə arasında dəmir yolunda əhəmiyyətli irəliləyişin olduğunu da qeyd edib.