Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistanın hökumət rəsmilərinin Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması ilə bağlı görüşü keçiriləcək.
“Report” bu barədə RBK-ya istinadən xəbər verir.Məlumata görə, görüşdə Azərbaycan tərəfdən Baş Nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən isə Mqer Qriqoryan iştirak edəcək.
Tərəflər Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR-nı birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək.