İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər xiyabanını ziyarət edib.
“Report” xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.“Qara Yanvar qurbanlarını yad etmək üçün soyuq havada bu qədər çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların gəldiyini görmək çox xoş idi. Bu xalqın birlik və hörmət ruhu bu hadisələrin qurbanlarının xatirəsinə hörmət göstərmələrində də özünü göstərir”, - diplomat yazıb.