Şəhidlərimizin əziz xatirəsi Ankarada da ehtiramla yad olunub

Şəhidlərimizin əziz xatirəsi Ankarada da ehtiramla yad olunub backend

Keçmiş Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Türkiyənin ayrı-ayrı yerlərində anım mərasimləri, konfranslar keçirilir.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsi qurbanlarını yad etmək məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyində yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə12.00) şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin kollektivi xalqımızın qəhrəman övladlarının ruhuna ehtiramlarını göstəriblər.
Diaspora