Rusiya və İran XİN başçıları Moskvada Qarabağı müzakirə edəcək

Rusiya və İran XİN başçıları Moskvada Qarabağı müzakirə edəcək backend

Yanvarın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İran XİN başçısı Məhəmməd Cavad Zərif arasında Moskvada görüş olacaq.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, iranlı nazir rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək və bir sıra beynəlxalq məsələlərlə, o cümlədən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı məsələni müzakirə edəcək.

İranın nüvə proqramı, Suriyada, Əfqanıstanda və Fars körfəzi ətrafında vəziyyət də müzakirə mövzusu olacaq.
Diaspora