Azərbaycan, Pakistan və Türkiyə XİN başçılarının görüşü keçirilib - FOTO

Azərbaycan, Pakistan və Türkiyə XİN başçılarının görüşü keçirilib - FOTO backend

İslamabadda Azərbaycan, Pakistan, Türkiyə xarici işlər nazirləri - Ceyhun Bayramov, Mahdum Şah Mahmud Qureşi, Mövlud Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.

Qazilər.az xəbər verir ki, görüşdə dünya və regional məsələlər, o cümlədən regionda sülhə və təhlükəsizliyə qarşı təhdidlər, həmçinin koronavirus pandemiyası, ətraf mühitin mühafizəsi, iqlim dəyişiklikləri kimi məsələləri müzakirə edilib.

Xatırladaq ki, adıçəkilən formatda xarici işlər nazirlərinin ilk görüşü 2017-ci ilin noyabr ayında Bakıda keçirilmişdi.
Diaspora