Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Twitter"də bildirib.Ceyhun Bayramov Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Pakistan XİN başçısı Mahdum Şah Mahmud Qureşi ilə birgə 2-ci üçtərəfli görüşdə iştirak edəcək.
Nazirlər bu gün Pakistanın paytaxtı İslamabadda görüşəcək.
Yanvarın 14-də isə Azərbaycan xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.