Azərbaycan əsgəri Şurnuxu söhbətinə son qoydu

Azərbaycan əsgəri Şurnuxu söhbətinə son qoydu backend

Neçə vaxtdır barəsində müzakirələr aparılan Şurnuxu (Şurnux) kəndinin sakinləri artıq Azərbaycana təhvil verilən 12 evi tərk ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı kəndin başçısı Akop Arşakyan bildirib. “Artıq gəldilər, bizim sərhədçilərimiz burdadır. Mən aşağı düşürəm, türk general buradadır. Harada dayanacaqları barədə yeri müəyyənləşdirməlidirlər”,-deyə Arşakyan əlavə edib.

Onun sözlərinə görə, evsiz ailələrin əksəriyyəti kənddəki boş evlərə yerləşiblər, bir neçə ailə Gorusa, daha bir ailə isə Qafana köçüb.

Qeyd edək ki, ermənilərin vay-şivən saldığı kənd əslində tarixən Azərbaycana məxsus olub. 1942-ci ildə hansısa səbəblərdən kəndin bir hissəsi Ermənistanın sərhədləri daxilində saxlanılıb, digər hissəsi isə Qubadlı rayonunun tərkib hissəsi kimi rəsmiləşdirilib. 1993-cü ildən işğal altında qalan ərazidə ermənilər qanunsuz olaraq məskunlaşmışdılar.

Qeyd edək ki, ermənilər kəndi tərk edərkən evlərə od vurublar.
Diaspora