Oradakı varlığınız ölkələrimiz arasındakı qardaşlığın nişanəsidir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə telefon vasitəsilə müraciətində bildirib."Azərbaycan Qafqaz İslam Ordusunu necə sevinclə qarşılamışdısa, dekabrın 10-da da Türkiyə Silahlı Qüvvələrini eyni həyəcanla qarşıladı", - Ərdoğan qeyd edib.