Zaxarova: “Üçtərəfli bəyanatın imzalanması dünya miqyasında ən vacib hadisələrdən biridir”

Zaxarova: “Üçtərəfli bəyanatın imzalanması dünya miqyasında ən vacib hadisələrdən biridir” backend

Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir.


Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, münaqişənin həlli ən vacib nailiyyətlərdən biri olub:

"Burada Rusiyanın rolu aşkardır. Möcüzə ilə reallıq arasında vacib bir seqment var: iş. Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatının arxasında nəhəng iş dayanır və bu sənədin reallaşması bu işlə bağlıdır. Bundan sonra da qarşıda kompleks işlər dayanır. Sülh olanda, çox şeyə nail olmaq olar".