Ermənistanda - İrəvan, İrəvanda - Maydan, insanları qane etməyən Nikol Paşinyan. Bu, Ermənistanın paytaxtında Yeni il öncəsi vəziyyətdir.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko öz Teleqram səhifəsində yazıb."22 dekabr 2020-ci ilədək Ermənistan ordusu demək olar ki, bütün hava hücumundan müdafiə sistemlərini, texnika və canlı qüvvəsinin əhəmiyyətli hissəsini itirdi, yalnız çətinliklə basdırılmış qəzəb hissi və "əsrlər boyu sürən kin" qaldı. Bunda kimsə günahkar olmalıdırsa, qoy bu, Paşinyan olsun.
Erməni böhranı yerinə yetirilməyən ambisiyaları və hazırlıqlı xarici düşməni özündə cəmləşdirən daha bir əyani dərsdir. Qarabağdan məhrum olan millət öz mövcudluğunun mənasını da birdəfəlik itirdi. Müharibənin mərci heç bir nəticə vermədi. Ermənilərin onsuz da heç nəyi yox idi. Tək bir Ağrı dağı var, amma sadəcə konyakı, dağı isə Türkiyədədir. Bir "...yan"ı digərinə dəyişmək sadədir. Ölkəni dəyişmək daha çətin olacaq", - Korotçenko qeyd edib.