Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Azərbaycana səfər edəcək.
“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazir fevralın 12-də keçiriləcək “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasında iştirak etmək üçün Bakıya gələcək.Məlumata görə, T.Yıldızın toplantı çərçivəsində digər ölkələrin nazirləri ilə görüşləri də nəzərdə tutulub.