Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi ilə bağlı memorandum imzalanıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində deyib.H.Akar bildirib ki, hazırda mərkəzin inşası davam edir, xidmət müddətini isə Rusiya ilə müzakirə edəcəyik.
Nazir qeyd edib ki, Türkiyə Qarabağa artıq 60 hərbçi göndərilib.