Rusiya prezidenti Vladimir Putin böyük mətbuat konfransında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışıb.
Qazilər.az xəbər verir ki, Putin fikirlərinin tez-tez Ərdoğanla üst-üstə düşmədiyini qeyd edib. Bununla birlikdə, o, Türkiyə prezidentinin "sözünə əməl etdiyini" vurğulayıb."Ərdoğan sözünə əməl edən insandır. Kişi adamdır. Onunla zidd fikirlərimiz var, amma sözünün üstündə durur”, - Putin deyib.
Prezident dünya liderlərini yaxşıya və pisə bölmədiyini, hər kəslə çalışdığını da fikrinə əlavə edib.