Ermənistan hakimiyyəti onunla təhdid dilində danışmayan hər kəslə dialoqa hazırdır.
Qazilər.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.Onun sözlərinə görə, İrəvanda küçələri bağlamaq bunun ümumxalq etiraz olduğunu ifadə etmir:
“Minlərlə insan küçələri bağlaya bilər, parlamentə hücum edə bilər, parlament spikerinə sui-qəsd edə bilər, amma parlament seçkilərində qalib gələ bilməz. Biz kürsüyə zəncirlənməmişik. Əgər xalq mənim güllələnməyimi və ya asılmağımı istəyirsə, yaxşı, amma bu, xalqın fikri olmalıdır, bir neçə ayrı qrupun deyil”.