Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə ordusunun Azərbaycana gəlməsinə qarşı çıxması barədə iddialara sərt reaksiya verib.
Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, o, bu iddianı “satqın trollar”ın ortalığa atdığını bildirib.“Satqın trollar, mənim FB səhifəmdə Türkiyə ordusuna qarşı olmağımla bağlı kim bircə söz tapsa, ona 500 manat verəcəm”, - Zülfüqarov qeyd edib.
Xatırladaq ki, T.Zülfüqarov türk ordusunun Azərbaycanda balanslaşdırıcı qüvvə olacağı barədə ilk gündən mövqeyini ortaya qoymuşdu.