Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gözlənilən səfəri barədə açıqlama verib.
Modern.az xəbər verir ki, Türkiyə prezidenti dekabrın 8-də Bakıya gedəcəyini bildirib:“Dekabrın 8-də həyat yoldaşımla birgə Azərbaycana səfər edərək oradakı tədbirlərdə iştirak edəcəyəm”.
Xatırladaq ki, bundan öncə Türkiyə mətbuatı Ərdoğanın dekabrın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcəyi barədə məlumat yaymışdı.