Ermənilər Qarabağı itirməyin ağır nəticələrindən yazdılar

Ermənilər Qarabağı itirməyin ağır nəticələrindən yazdılar backend

Ermənilər Qarabağın itirilməsinin ağır nəticələri barədə yazıblar.

Qazilər.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov öz "Facebook" səhifəsində paylaşım edib:

"Bunları mən yazmıram, ermənilər yazır:

- Qarabağın "büdcəsinin" 33% gəlirini təşkil edən mədənlərin 15-dən 13-ü Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Qalanlardan biri işləyə bilmir, çünki buraya su hazırda Azərbaycan ərazisində qalan kənddən gəlirdi.

- Tarlaların (taxıl istehsalı əsasən), bağ və bağçaların da 70%-i Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdədir.

- Su elektrik stansiyalarının çoxu və ya onları hərəkətə salan çaylar eyni şəkildə Azərbaycanın nəzarətindədir.

- Kəlbəcərdən Qarabağın su tələbinin 85%-dan çoxu qarşılanır.

- Hətta xalça sexlərinin üçündən ikisi ermənilərin nəzarəti xaricindədir, Xankəndidə olanın isə işçiləri yerində deyil.

- Bir çox məktəblər işlək vəziyyətdə deyil, ya da nəzarət yoxdur

- Şəhərlərin hamısı - Ağdərə, Xankəndi, Xocalı, Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdikləri zonalara bitişik vəziyyətdədir

- Qarabağın kişi əhalisinin əksəriyyəti hərbçi idi, yaxşı da maaş alırdı. İndi bəziləri ölüb, bəziləri yaralı, bəzilərinin isə mövqeləri və sursatları mövcud deyil".

"Onu deyim ki, Qarabağın "büdcəsinin" 50%-dən çoxu, hardasa 150 milyon dollar hər il Ermənistandan gəlirdi. 2021-ci ildə bu imkan olmayacaq", - deyə politoloq paylaşımında qeyd edib.
Diaspora