Ermənistanın baş naziri Nikol Paşinyanla eks-prezidentlər arasında söz savaşı davam edir.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, birinci prezident Levon Ter-Petrosyan da Paşinyana sərt ittiham irəli sürüb.“Cənab Ter-Petrosyan xalqı uçuruma aparan "zərərverici ruhi xəstə"nin ittihamlarını şərh etməkdə məna görmür. Nə istəyir, qoy danışsın. Onsuz da, onun bəraət qazanmaq şansı yoxdur. Erməni xalqı onu bağışlamayacaq”- deyə Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi açıqlama verib.
Bundan əvvəl, eks-prezident Robert Koçaryan da mətbuat xidməti vasitəsilə Paşinyana sərt cavab vermişdi.