“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”.
“Report” “tert.am”a istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan söyləyib.Xatırladaq ki, bu gün Nikol Paşinyan xalqa müraciətində Movses Akopyanı da hədəfə alıb. Belə ki, M.Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.
Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri baş qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik M.Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.