Ermənistan Qarabağ müharibəsindən çox sarsılıb. İrəvanda böyük etiraz aksiyaları keçirilir. Hamı ordunun məğlubiyyətini müzakirə edir.
Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan noyabrın 19-da mətbuat konfransı keçirib. General-polkovnik xeyli maraqlı məsələlərdən danışıb. O, ölkə rəhbərliyi ilə yanaşı, nazirliyə başçılıq edənlərin də böyük yalanla davrandığını bildirib.“Yalan 30 faizi ötməməlidir. Amma bizim yalan 100 faizi də keçmişdi. 100 faiz yalan bizə fayda gətirə bilməzdi. Problem onda yaranır ki, döyüşən uşaqlar nə baş verdiyini bilmir”.
Akopyanın fikrincə, Ermənistan ordusunun ümumxalq səfərbərliyinə ehtiyacı vardı. Amma Azərbaycanla vuruşan ölkə ehtiyatda olan hərbçilərin cəmi 52 faizindən istifadə edib. İşğal olunmuş ərazilərdə qeydiyyatda olanların isə yalnız 78 faizi döyüşlərə cəlb olunub.