Erməni general: “İlk 5 gündə 1 500 fərarimiz var idi”

Erməni general: “İlk 5 gündə 1 500 fərarimiz var idi” backend

“Müharibənin 5-ci günündə artıq 1 500 əsgər fərarilik edib qaçmışdı”.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib.

“Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, - general-polkovnik əlavə edib.

Xatırladaq ki, ötən gün M.Akopyan Ermənistan Müdafiə Nazirliyinin baş hərbi müfəttişi vəzifəsindən istefa verib.
Diaspora