Rusiya prezidenti Vladimir Putin bu gün fransalı həmkarı Emmanuel Makronla Dağlıq Qarabağdakı vəziyyətin inkişafını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.“Rusiya və Fransanın ATƏT-in Minsk qrupundakı həmsədrliyi nəzərə alınaraq Dağlıq Qarabağ ətrafında vəziyyətin inkişafı hərtərəfli müzakirə edilib”, – məlumatda deyilir.