Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində

Türkiyənin Azərbaycana əsgər göndərməsinə dair sənəd Türkiyə Parlamentində backend

Türkiyənin Azərbaycana ordu göndərilməsi barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Qazilər.az bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir. Memoranduma əsasən, Türkiyə Silahlı Qüvvələrinin ortaq müşahidə mərkəzində 1 il müddətinə xidmət etməsi nəzərdə tutulur.

Hazırda qanunun müzakirələri aparılır.

Sənədin mətnində deyilir: “Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Monitorinq Mərkəzi və bu Mərkəzin fəaliyyəti üçün hərbi və zərurət təqdirində mülki personalın xidməti xərclərinin qarşılanması, 2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım barədə Sazişə, eləcə də Türkiyənin milli maraqlarına uyğundur”.

Diaspora