Yerevanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu siyasətçinin vəkili bildirib.Onun sözlərinə görə, məhkəmə Q.Tsarukyanın saxlanılmasını qanunsuz hesab edib.
Xatırladaq ki, Ermənistan noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Aksiya zamanı onlarla şəxs, o cümlədən müxalifət liderləri saxlanılıb.